Pakistanda üç polis öldürülüb

Pakistanın Hayber Paxtunxva əyalətində ekstremistlərin polis furqonuna silahlı hücumu nəticəsində azı üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polisin məlumatında bildirilib.

Məlumata görə, əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı) öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə