Tramp ABŞ Konstitusiyasının ləğvinə çağırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində ölkə Konstitusiyasının ləğvinə, bununla da 2020-ci il seçkilərinin nəticələrinin ləğvinə və yenidən dövlət başçısı vəzifəsinə bərpa olunmasına çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə CNN xəbər verir.

Onun fikrincə, baş verənlərdə demokratların sıx əməkdaşlıq etdiyi “böyük texnologiya şirkətləri” günahkardır.

Qeyd edək ki, bir müddət bundan əvvəl Tramp oğlu “Ukraynanın dinə hücumundan sonra ABŞ Kiyevə daha çox pul “göndərməlidir”, çünki Ukrayna prezidenti Vladimir Zelenski azadlıqsevərdir”-deyə bildirmişdi..

Onun sözlərinə görə, Zelenski Ukraynada pravoslavlığa hücum edir və onu “qadağan edir”. O əlavə edib ki, Ukrayna prezidenti kilsə binalarında axtarış aparılmasına icazə verir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə