Nijnevartovskda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Nijnevartovsk hakimiyyəti beşmərtəbəli yaşayış binasının uçmasından sonra şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şəhər administrasiyasının mətbuat xidməti bildirib.

“Təsdiq edə bilərəm ki, fövqəladə vəziyyət tətbiq edilib, bu, kifayət qədər yerli xarakter daşıyır, qonşu evlər evakuasiya edilmir. Fövqəladə vəziyyət ona görə tətbiq edilib ki, bu, müxtəlif departamentlərdən olan müxtəlif xüsusi xidmət orqanlarına mümkün qədər səmərəli şəkildə qarşılıqlı fəaliyyət göstərməyə imkan verir”.

Xatırladaq ki, hadisə Mira küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib. Girişin birinci, ikinci və üçüncü mərtəbələri arasındakı döşəmə tavanları zədələnib. Uçqun nəticəsində 6 nəfər ölüb.

Ağasəf Babayev

м

Bütün xəbərlər Facebook səhifəmizdə