Türkiyə 2,8 milyard dollarlıq avtomobil ixrac edib

Uludağ Türkiyə Avtomobil İxracatçıları Birliyinin məlumatına görə, noyabrda Türkiyə avtomobil sənayesinin ixracı 2,8 milyard dollar təşkil edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, ölkənin ixrac səbətində avtomobil məhsullarının payı 13,2 faizə yüksəlib.

Avtomobil sənayesinin ixracı ötən ay 2021-ci illə müqayisədə 13,7 faiz artaraq 2,8 milyard dollara çatıb. Yanvar-noyabr aylarında avtomobil sənayesinin ixracı ötən illə müqayisədə 5,6 faiz artaraq 27,8 milyard dollar təşkil edib.

Yeri gəlmişkən, noyabrda Almaniya türk avtomobillərinin tədarükündə lider olub (387 milyon dollar). Bubndan əlavə, Türkiyə Fransaya 296 milyon dollar, İtaliyaya 270 milyon dollarlıq məhsul ixrac edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə