"Xerson vilayətində işğalçılar təqaüdçüləri "rus" etməyə çalışırlar"

Rusiya işğalçıları Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində mülki əhalinin hüquq və azadlıqlarını hər vəchlə məhdudlaşdırmağa çalışırlar.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, ruslar təxribat-kəşfiyyat qruplarına qarşı mübarizə tədbirləri adı altında Çayka çayında nəzarət-buraxılış məntəqəsi quraraq, şəxsi qayıqların keçidinə qadağa qoyublar.

Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müvəqqəti işğal altında olan Skadovski rayonunda poçt işçilərinin pensiyaçılara ödənişlərin çatdırılmasını dayandırdığını, poçt şöbələrində insanların Rusiya vətəndaşlığı üçün müraciət etməyə məcbur edildiyini bildirib.

“Poçt şöbələrində təqaüd almaq üçün işğalçılar yaşlı insanları ərizə yazmağa, pasport və Rusiya Federasiyasının vətəndaşlığını almağa məcbur edirlər”.

Bu da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə