Almaniya ukraynalı qaçqınların bölgüsündə ədalət istəyir

Almaniyanın Baden-Vürtemberq federal əyalətinin rəhbərliyi Almaniya hakimiyyətini təcili olaraq yeni gələn qaçqınların Avropa İttifaqı ölkələri arasında ədalətli bölüşdürülməsinin tərəfdarı olmağa çağırıb.

Bu arada miqrasiya məsələlərinə cavabdeh olan dövlətin nümayəndəsi Ziqfrid Lorek, Baden-Vürtemberqin artıq Ukraynadan 141 mindən çox qaçqını qəbul etdiyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniya əyaləti olan Baden-Vürtemberq bu göstəriciylə bütün Fransanı üstələyir.

“Buna görə də biz təcili olaraq federal hökuməti Avropa səviyyəsində ədalətli və balanslı bölüşdürmənin tərəfdarı olmağa və torpaqlarda və bələdiyyələrdə qəbuledici güclərin həddən artıq yüklənməsini azaltmaq üçün müvafiq tədbirlər görməyə çağırırıq”.

Qeyd etdiyimiz kimi, bu alman əyalətinin çağırışıdır.

Xatırladaq ki, Ukraynadan artan qaçqın axını alman cəmiyyətini “kritik nöqtəyə” yaxınlaşdırır, deyə bələdiyyə şurasındakı qrup lideri Frederik Paul yerli nəşrə yazdığı məqaləsində bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə