İranda məcburi hicab qanununa yenidən baxılacaq

Onu necə deyirlər, adın nədir - Daşdəmir, yumşalısan, yumşalı...

Bu arada İran rəsmiləri hicabın məcburi geyinilməsi ilə bağlı qanuna yenidən baxacaqlarını bildiriblər. Etiraf edək ki, bu qərar, qadınların ictimai yerlərdə başlarını örtmələrini tələb edən geyim kodu ilə bağlı iki aylıq etirazların nəticəsidir.

Bir müddət əvvəl də qeyd etdiyimiz kimi, İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri, həm parlamentin, həm də məhkəmə sisteminin bu məsələ üzərində işlədiyini bildirib.

Amma maraqlıdır ki, o, hakimiyyətin dəqiq nəyi və hansı istiqamətdə dəyişməyi planlaşdırdığını açıqlamayıb.

Baş prokuror vurğulayıb ki, bir-iki həftə sonra analitik qrupun hesabatını hazırlayacaq başqa xəbərlər də ola bilər.

Xatırladaq ki, İranda qadının hicab taxması öhdəliyi 1983-cü ildən qanunla təsbit olunub, lakin ölkədə bu məsələdə hələ də yekdil fikir yoxdur. Belə ki, bu məsələdə mühafizəkar və islahatçı dairələr arasında müzakirə gedir.

Məsələn, birincilər hicabın məcburi olmasını təkid edir, ikincilər isə qadınlara başlarını örtüb-örtməmək hüququnun verilməsini təklif edir.

Qeyd edək ki, sentyabrda İranın əsas islahatçı partiyası artıq hicab qanununun ləğvini təklif edirdi.

Bir daha xatırladaq ki, İranda qadınların etirazları sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.

Dekabrın 4-də baş prokuror Montazeri Amininin ölümünə səbəb olan münaqişəli “polis müavini”nin ləğv olunduğunu elan etdi. Yeri gəlmişkən baş prokuror sonradan “vitse- polis”in ədalətlə heç bir əlaqəsi olmadığını da etiraf etdi.

Yeri gəlmişkən, rəsmi məlumata görə, guya İrandakı etirazlar zamanı 200-ə yaxın insan həlak oluduğu deyilir.

Hüquq müdafiəçiləri isə 64-ü azyaşlı olmaqla ən azı 469 etirazçının öldürüldüyünü iddia edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə