Yeni ili hamamda qarşılayan ruslara tövsiyə

Bu arada rusiyalı həkim-kardioloq Asiyat Xaçirova ruslara Yeni ili hamamda qarşılamağın təhlükəsi barədə xəbərdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, “Sputnik” radiosuna müsahibəsində qeyd edib ki, bayramı bu cür qeyd etmək ürək-damar sisteminə mənfi təsir göstərə bilər və hətta həmən adamlar infarkt, insult də keçirə bilərlər.

Həkim hamamda spirtli işkilərdən istifadənin xüsusilə təhlükəli olduğunu vurğulayıb.

Kardioloqun sözlərinə görə, istənilən yerdə Yeni il şənliyi orqanizmi həddindən artıq yükləyir. Həkim sağlam həyat tərzi sürmək istəyən ruslara pəhrizə keşməyi məsləhət görür.

Qeyd edək ki, mütəmadi olaraq hamama baş çəkməyin əleyhinə olmayan həkim, bunu spirtli içkisiz həyata keçirməyi məsləhət görür.

Yeri gəlmişkən, sovet dövründə özünə “morj” deyib hamamdan çıxıb qarda “ağnayanlara” da həkimin ayrı tövsiyəsi var. Onun dediyinə görə, çoxları bunu “soyuqda bərkiyənlər” adlandırsa da, lakin indi mütəxəssislər soyuq su ilə yuyunmağın qan damarlarını gücləndirməyin ən yumşaq yolu olmadığını söyləyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə