İki gün içində Qara dəniz taxıl dəhlizindən keçən taxıl məhsulu statistikası

Türkiyə kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi bildirib ki, dekabrın 2-dən Qara dənizdəki taxıl dəhlizindən 12,7 milyon ton taxıl və digər məhsullar keçib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə, Livan və İtaliyanın həmsədrliyi ilə İtaliyanın paytaxtı Romada Ərzaq Böhranı üzrə İkinci Aralıq dənizi Nazirləri Dialoq Toplantısı keçirilib.

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin ev sahibliyi etdiyi toplantıda Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, Livanın xarici işlər naziri Abdullah Buhabib, Fələstinin xarici işlər naziri Riad Malki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Cü Donqyu və kənd təsərrüfatı sektorundan nümayəndələr iştirak edib.

Mətbuata qapalı keçirilən görüşdən sonra İtaliya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada sözügedən mövzu ilə bağlı bildirilib: “Ukrayna münaqişəsindən sonra Aralıq dənizi bölgəsindəki ərzaq böhranına operativ həll yollarının axtarılması məqsədilə keçirilən toplantıda bir sıra Aralıq dənizi ölkəsinin əkinçilik sistemlərini dəstəkləmək üçün yeni təşəbbüsləri gündəmdə idi.”

Türkiyənin kənd və meşə təsərrüfatı naziri V.Kirişçi toplantıdan sonra verdiyi məlumatda söyləyib: “Ev sahibi - İtaliya baş nazirinin müavini və xarici işlər naziri A.Tajani taxıl dəhlizi razılaşmasına görə Türkiyəyə bir neçə dəfə təşəkkürünü bildirdi, FAO-nun baş direktoru Ç.Donqyu bu razılaşmanın vacibliyini vurğuladı.

Dekabrın 2-dən dəhlizdən 12,7 milyon tondan çox taxıl və digər məhsullar keçib. Bunların təxminən 58 faizi Avropaya, 42 faizi isə dünyanın qalan bölgələrinə göndərilib. Taxıl və digər məhsullardan ən çox ehtiyacı olan ölkələrə 12,7 milyon ton məhsuldan yalnız 765 min tonu gedib. Türkiyə Rusiyadan tədarük olunacaq un, makaron, manna yarması kimi taxıl məhsulları da ehtiyacı olan ölkələrə göndərəcək.”

Bütün xəbərlər Facebook səhifəmizdə