Bu arada İranda vitse-polis ləğv edilib. Bunu ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeri deyib. Qərar iki aydan artıqdır davam edən kütləvi etirazlar fonunda qəbul edilib.

“Vitse-polisin ədalətlə heç bir əlaqəsi yoxdur”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu da baş prokuror deyib.

Montazeri həmçinin, hökumətin qadınların hicab taxmasını tələb edən qanuna yenidən baxa biləcəyini bildirib. Onun sözlərinə görə, indi bu məsələ ölkə parlamentində və Ədliyyə Nazirliyi tərəfindən birgə müzakirə olunur və bununla bağlı bir-iki həftəyə qərar verilə bilər.

Qeyd edək ki, bundan əvvəl İran rəsmiləri etirazçıların tələblərinin yerinə yetirilə biləcəyi ehtimalını etiraf etmirdilər. İran hakimiyyəti iğtişaşları qızışdırmaqda ABŞ-ı, İsraili və onlarla əlaqəli “terrorçu, separatçı qrupları”, habelə İraqda yerləşən kürd müxalifətçilərini günahlandırırdı.

Xatırladaq ki, rəmi adı “Davranış Patrulu” adlandırılan "vitse-polis" 2006-cı ildə prezident Mahmud Əhmədinejadın dövründə yaradılıb.

Onun əməkdaşları iranlıların, ilk növbədə qadınların “təvazökarlıq qaydalarına” riayət etmələrini və hicab taxmalarını izləyiblər. Deyilənlərə görə, iranlı qadınlar dəfələrlə patrulun kobudluğuna və təhqirlərinə şahidlik ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə