Moldova hakimiyyəti tələblərin öhdəsindən gələ bilmir?

Moldova müxalif Kommunistlər və Sosialistlər Blokunun deputatı Oleq Reydman, Moldovanın Avropa İttifaqına namizədlik statusu almasından sonra Avropa Komissiyasının təqdim etdiyi tələblərin öhdəsindən gələ bilmədiyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xəbəri “First in Moldovada” telekanalı yayımlayıb.

“Biz Avropada yaşayırıq və Avropanın modernləşdirilməsi yolu ilə Avropaya inteqrasiya yaxşı haldır”. Bunu müxalif deputat deyib.

Qeyd edək ki, iyunun 23-də Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovaya ittifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Üzvlük danışıqlarına başlamaq üçün ölkələr bir sıra şərtləri, o cümlədən islahatları yerinə yetirməlidirlər.

Amma maraqlıdır ki, tanınmamış Dnestryanı və Qaqauz muxtariyyətinin səlahiyyətliləri bu qərarı tənqid edərək, bunun ictimaiyyətlə məsləhətləşmədən qəbul edildiyini və şəffaf olmadığını bildiriblər.

Yeri gəlmişkən, hələ noyabrda Avropa İnteqrasiya Komissiyasının ikinci iclasında yeni ilə qədər başa çatdırılmalı olan 35 layihədən yalnız səkkizini həyata keçirildiyini etiraf edən prezident Maia Sandu, dekabrda daha 11 layihəni başa çatdırmağa ümid etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə