İraq və Suriyada fəaliyyət göstərmiş terrorçu təslim olub

Türkiyə Daxili İşlər Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamalarda bildirilir...

Separatçı terror təşkilatı PKK-dan qaçan terrorçu təslim olub.

SİA xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan razılaşdırma cəhdləri nəticəsində terror təşkilatı PKK-dan qaçan bir üzvü təhlükəsizlik qüvvələrinə təslim olub. Onun 1995-ci ildə terror təşkilatına qoşularaq İraq və Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib.

Qeyd edək ki, 2022-ci ildə təhrik yolu ilə təslim olan təşkilat üzvlərinin sayı 117 olub.

Suriyanın şimalında aşkarlanan separatçı terror təşkilatı PKK/YPG-dən iki terrorçu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir: “Səngərlərdə hücuma cəhd edən terrorçuları məhv etməyə davam edirik. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında aşkarladığı 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Mübarizəmiz qətiyyətlə davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə