Almaniyada rekord sayda bankomat partladılıb

Almaniyada rekord sayda bankomat partladılıb

Bu ilin əvvəlindən başlayaraq Almaniyada cinayətkarlar tərəfindən pul oğurlamaq məqsədilə 450-yə yaxın bankomat partladılıb. SİA-nın xəbərinə görə, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Bu, növbəti rekorddur. Keçən il cinayətkarlar 381, 2020-ci ildə 414 bankomat partladıblar.

Küçələrdə və yaşayış evlərinin ətrafında quraşdırılan bankomatların partladılma üsulu ilə talanması həm də piyadalar və binalardakı insanların həyatına təhlükə yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə