Bu arada Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında Rusiya neftinin qiymətinin yuxarı həddi ilə razılaşmayacağını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Peskov, hazırda Kremlin bu qərarı təhlil etdiyini bildirib.
“Belə bir tavan üçün müəyyən hazırlıq görülüb. Biz bu tavanı qəbul etməyəcəyik, və işin necə təşkil olunacağı, təhlillər aparıldıqdan sonra tez bir zamanda sizə məlumat verəcəyik”-deyə Peskov bildirib.
Xatırladaq ki, daha əvvəl G7 qrupuna daxil olan ölkələr Rusiyadan dəniz yolu ilə ixrac olunan neftin bir barelinin qiymətinin yuxarı həddi 60 dollar müəyyən edilməsi ilə bağlı razılığa gəliblər.
Və, qeyd edək ki, ötən gün Avstraliya da bu təşəbbüsə qoşulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə