ABŞ Rusiyanı “narahatlıq doğuran ölkə” elan etdi

Bu arada Birləşmiş Ştatlar 12 ölkə və doqquz təşkilatı “Narahatlıq yaradan” adlandırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onların arasında Rusiyanın “Vaqner PMC” silahlı qruplaşması da var.

Qeyd edək ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin dini azadlıqlarla bağlı bəyanatında deyilir.

Onu da qeyd edək ki, Rusiya ilə yanaşı, narahatlıq doğuran ölkələr siyahısına Çin, Şimali Koreya, İran, Myanma və digərləri daxil edilib. Onların hamısı 1998-ci il Beynəlxalq Dini Etiqad Azadlığı Aktını pozaraq “dini azadlığa xüsusilə ciddi məhdudiyyətlərdə iştirak edib və ya onlara dözüb”-deyən Blinken “Vaqner PMC” silahlı qruplaşmasının Mərkəzi Afrika Respublikasındakı hərəkətlərinə görə ABŞ-ı narahat etdiyini də gizltməyib.

Yeri gəlmişkən siyahıya “İslam Dövləti”, “Boko Haram” və “Taliban” da daxil olmaqla bir sıra ölkələrdə terrorçu kimi tanınan bir sıra təşkilatlar da daxildir.

“Dünyanın hər bir ölkəsində din azadlığının vəziyyətini yaxından izləməyə, dini təqib və ya ayrı-seçkiliklə üzləşənləri müdafiə etməyə davam edəcəyik”-deyən Blinken, ABŞ nümayəndələrinin beynəlxalq qaydalara və standartlara əməl etmələrinə kömək etmək üçün siyahıda olan ölkələrin hökumətləri ilə görüşməyə hazır olduğunu da əlavə edib.

Xatırladaq ki, Rusiyanın “Vaqner PMC” silahlı qruplaşması Ukrayna, Suriya və Afrika ölkələrində döyüşür. Qrupun döyüşçüləri çoxsaylı hərbi cinayətlər törətməkdə şübhəli bilinirlər. (qeyd edək ki, bir müddət bundan əvvəl SİA bununla bağlı yazı vermişdi-A.B.)

Bu arada ABŞ Senatı “Vaqner PMC”-nin xarici terror təşkilatı kimi tanınması haqqında qanun layihəsi təqdim edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə