Meksikada avtobus uçuruma düşüb

Meksikada sərnişin avtobusunun 200 metrlik uçuruma yuvarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində baş verən qəzada 3 nəfər ölüb, 36 nəfər yaralanıb.

Hadisə şahidləri avtobusun bir neçə dəfə yuvarlandığını və yoldan ən azı 200 metr aşağı düşdüyünü, xilasetmə qruplarının dolanbac yol və avtobusun yola uzaq olması səbəbindən çətin anlar yaşadıqlarını bildiriblər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə