Makron İlon Maskla NƏYİ MÜZAKİRƏ EDİB?

Fransa prezidenti Emmanuel Makron bildirib ki, amerikalı sahibkar İlon Maskla görüş zamanı elektrik avtomobilləri və akkumulyatorların istehsalı, eləcə də internetdə uşaqların mühafizəsi məsələləri müzakirə olunub. SİA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron amerikalı milyarder İlon Maskla görüşü zamanı "tvitter" səhifəsində bildirib.

“Fransa və Avropanı karbonsizləşdirmək və sənayeləşsizdirmək ambisiyalarımıza uyğun olaraq, biz İlon Maskla elektrik nəqliyyat vasitələri və akkumulyatorların istehsalı kimi gələcək yaşıl sənaye layihələri haqqında fikir mübadiləsi apardıq”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, Fransa prezidenti əlavə edib ki, o, həmçinin “İnternetdə uşaqların müdafiəsini yaxşılaşdırmaq üçün” "tvitter" ilə işləməyə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə