ABŞ yeni təyyarəsini təqdim edib

ABŞ yeni “B-21 Raider” strateji bombardmançı təyyarəsini təqdim edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təqdimetmə mərasimi bombardmançı təyyarəni istehsal edən “Northrop Grumman” şirkətinin Palmdeyl şəhərində (Kaliforniya ştatı) yerləşən zavodunda baş tutub.

Şirkətin məlumatına görə, “B-21 Raider” dünyada ilk altıncı nəsil bombardmançı təyyarədir. O, həm adi, həm də nüvə silahı ilə təchiz edilmiş sursat daşıya bilər.

Qeyd edilib ki, bu strateji bombardmançı təyyarə təkmilləşdirilmiş “stels” texnologiyası sayəsində ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yan keçə biləcək.

Mərasimdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə