Meksikada 3 nəfər ölüb, 36 nəfər yaralanıb

Meksikanın Oaxaka ştatının Sierra Juarez şəhərində sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bu barədə SİA xarici KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, 40 nəfər sərnişinin olduğu avtobus azı 200 metrlik uçuruma düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Amma qəzanın baş verməsinin səbəblərindən birinin sürücünün idarəetməni itirməsi olduğu güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə