Məscidə qumbara atıldı 1 nəfər öldü, 20 nəfər yaralandı

Yəmənin şərqindəki Hadramaut əyalətində məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.

Bildirilib ki, hücum edən şəxs Vadi Haul kəndindəki məsciddə cümə namazı qılınan zaman əl qumbarası atıb.

Qeyd edilib ki, təhlükəsizlik orqanları həmin şəxsi saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə