Əsəd Ərdoğanla görüşmək istəmədi

Suriya Prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək istəmir. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

İddialara görə, agentliyin mənbələri Əsədin Ərdoğanla görüş təklifini qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Ərdoğan ötən həftə Bəşər Əsədlə görüşmək istədiyini elan edib. “Əsədlə görüş ola bilər, siyasətdə küskünlük olmaz, sonda addımlarımızı atacağıq”, - deyə Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə