Sanksiyaları pozanları 5 il həbs və cərimə gözləyir

Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalardan yayınmağın Avropa İttifaqının cinayət əməlləri siyahısına daxil edilməsi təklifini təsdiqləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, buna əsasən, məhdudlaşdırıcı tədbirləri pozan fiziki şəxslər 5 il həbs edilə, hüquqi şəxslər isə şirkətin illik dövriyyəsinin 5 faizi məbləğində cərimə oluna bilərlər.

Qeyd edilir ki, Aİ sanksiyalarının pozulması ciddi cinayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə