Bolqarıstan Ukraynaya hərbi yardım verəcək

Bolqarıstan parlamenti Ukraynaya hərbi yardım göstərilməsinə razılıq verib. SİA xəbər verir ki, bu barədə Bolqarıstanın "Bgnes" agentliyi məlumat yayıb.

Hərbi yardım çərçivəsində Ukraynaya atıcı silah və sursat veriləcək. Qeyd olunur ki, yardımların həcmi və növləri haqqında məlumat parlamentin qərar layihəsinin gizli hissəsinə əlavə edilib və ictimaiyyətə açıqlanmayacaq.

Eyni zamanda bildirilir ki, Bolqarıstan Müdafiə Nazirliyi Ukrayna ilə hərbi yardımın növü və həcmi ilə bağlı məsləhətləşmələr aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə