“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar mənasızdır, çünki...”

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı (Aİ) Komissiyası Ukraynaya birgə yardım planını rədd etməyə davam edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Macarıstanın “Kossuth” dövlət radiosunda etdiyi çıxışında Orban deyib: “Üzv ölkələrin ikitərəfli razılaşma çərçivəsində Ukraynaya kömək etmək ideyasını müdafiə edirik. Buna görə də Aİ Komissiyası Ukraynaya 18 milyard avroluq yardım paketini rədd etməyə davam edəcək.

Macarıstan Avropa İttifaqı ölkələrinin ortaq kreditlər alması ideyasını dəstəkləmir. Çünki biz Aİ-nin “əməkdaşlıq edən ölkələrin birliyin”dən “borclu dövlətlər birliyi”nə çevrilməsini istəmirik.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Aİ təbii qaz və nüvə enerjisinə də sanksiya tətbiq edərsə, bunun Macarıstan üçün ciddi nəticələri olacaq.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar mənasızdır. Müharibənin əvvəlində sanksiyaların münaqişəni sona çatdıracağı və ya müharibənin tez bitməsinə kömək edəcəyi iddia edilirdi, lakin bu tədbirlər bizi bu məqsədlərə bir qarış da yaxınlaşdırmadı”.

Qeyd edək ki, noyabrın 9-da Aİ Komissiyası fevralın 24-dən Rusiya ilə müharibədə olan Ukraynaya 2023-cü il üçün 18 milyard avroluq yardım paketi təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə