Belarus prezidenti Aleksandr Lukaşenko, o vaxt jurnalistika sahəsində ali təhsil almaq arzusunda olduğunu, amma qayınanasının onu bu fikrindən daşındıra bildiyini deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısı onu da bildirib ki, gəncliyində o, sonradan öyrəndiyi “özünü tarixçi kimi görmürmüş”. Lakin gələcək prezidentin jurnalist karyerası arzusu da baş tutmayıb.

“Jurnalist olmaq istəyirdim, jurnalistika fakültəsinə hazırlaşırdım. Amma qayınanam dedi ki, “yox, etmə! Yaxşı tarixçi olacaqsan, get imtahanlarını ver”.

Maraqlıdır ki, Belarus prezidenti qayınanasına əzmkarlığına görə minnətdar olduğunu da əlavə edib, çünki seçilmiş təhsil ona sonradan siyasətə gəlməsinə imkan verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə