Yarımçıq qalan “qaz qonaqlığı”

Ukrayna hərbçiləri qaz “ovlayan” rus talançılarının izinə düşərək onları cəzalandırıblar

Ukrayna hərbçiləri ev quşlarını orijinal şəkildə “ovlayan” rus işğalçılarına dərs veriblər.

Belə ki, SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, hərbçilər rusların yerli sakinlərə məxsus qazları müxtəlif yollarla oğurluyaraq kəsib yeyən rus hərbçilərinin yediklərini də boğqazlarında qoyublar.

Beləliklə, yerli sakinlərə məxsus qazları gizli şəkildə vuran rus qarətçiləri qəniməti evlərdən birinə aparıb və orada yaratdıqları komanda-müşahidə məntəqəsi yeyirmişlər.

Pilotsuz uçan aparatdan istifadə edərək onların yerini müəyyən edrən Ukrayna hərbçiləri koordinatları müşahidə məntəqəsinə hücum edəcək ukraynalı artilleriyaçılarına veriblər.

Ukrayna saytlarının yazdığına görə, Ukrayna artilleriyasının atəşi cinayətkar-işğalçılarla yanaşı, onlarla qaz əti yeməyə gələn komandirlərini də məhv edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə