"Donbası Rusiyaya qatdığına görə çox sağ ol!"

Putinlə söhbətin iştirakçısı canlı yayımdan təxliyyə etməli olub

"Somali” batalyonunda xidmət edən Donetsk Xalq Respublikasından olan Vadim Serik, Donbası Rusiyanın bir hissəsinə çevirdiyinə görə Vladimir Putinə minnətdarlığını bildirib.

“Donbası Rusiyaya qatdığınız üçün sizə təşəkkür etmək istərdim. Əbəs yerə vuruşmadıq, oğlanların həlak olması əbəs yerə deyildi. Sağ olun”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu döyüşçü bildirib.

Qeyd edək ki, 2015-ci ildə Donetsk hava limanına yaxın Spartak kəndində minanın qəlpələri ilə yaralanan Vadim Serik bundan sonra əlil arabası istifadəçisi olub.

Yadınızda olar, sentyabrın 23-dən 27-dək DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi məsələsi ilə bağlı referendumlar keçirilib və sakinlər bu təşəbbüsü dəstəkləyiblər.

Bu gün Prezident Vladimir Putinlə onlayn görüşün iştirakçısı olan Vadim, Donetski ukraynalı millətçilərin atəşə tutması səbəbindən təcili təxliyə edilməli olub.

Amma rus saytlarının yazdığına görə, Prezident Vadimi dinlədikdən sonra ona heyran olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə