Konqoda üsyançılar 50 nәfәri öldürüb

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimal-Kivu əyalətində M23 adlı üsyançı qrupun hücumu nəticəsində 50 dinc sakin həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə KDR ordusunun sözçüsü mayor Sylvain Ekenge məlumat verib.

Ekenge hücumda 50 mülki vətəndaşın həyatını itirdiyini və çox sayda adamın girov götürüldüyünü bildirib.

KDR hökuməti Ruandanın M23 qrupunu dəstəklədiyini irəli sürür.

Ruanda iddiaları rədd etsə də, iki ölkə arasında siyasi və diplomatik gərginlik davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə