Bu arada Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinə müraciət edərək münaqişənin diplomatik yolla həll olunmasını xahiş edib.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreitin açıqlamasına görə, burad söhbət ilk olaraq Rusiya ordusunun Ukraynadan çıxarılmasından gedir.

“Kansler Rusiya prezidentini mümkün qədər tez diplomatik həll yolu tapmağa, o cümlədən rus qoşunlarının çıxarılmasının yolunu tapmağa çağırıb”, - deyən Hebeştreit tərəflərin əlaqə saxlamağa razılaşa biləcəklərini də istisna etməyib.

Bu arada Rusiya prezidenti Vladimir Putinlə Olaf Şolz arasında telefon danışığı olub. Tərəflər müxtəlif məsələləri, xüsusən də Ukrayna ətrafındakı vəziyyəti qaldırıblar.

Qeyd edək ki, bundan əvvəl keçmiş maliyyə naziri, Almaniya Sosial Demokrat Partiyasının keçmiş sədri Oskar Lafonteyn, Almaniya kansleri Olaf Şolzun Ukraynada xüsusi əməliyyata başlamazdan əvvəl ABŞ prezidenti Cozef Baydeni Rusiyanın maraqlarını nəzərə almağa çağırdığını bildirmişdi.

Daha əvvəl məlum olduğu kimi, Olaf Şolz NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra Almaniyanın NATO-nu qorumaq üçün 30 min əsgərini hazır vəziyyətdə saxlamaq planlarını açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə