Moskva-Kazana reysini həyata keçirən qatar Moskva ətrafında 3 nəfəri vurub.

SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Nəqliyyat İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 1 qadın dünyasını dəyişib, daha 2 zərərçəkən xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə