Konqo Demokratik Respublikasının şərqindəki Şimali-Kivu əyalətində üsyançıların hücumu nəticəsində 50 mülki şəxs həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrupun üzvlərinin Şimali Kivu əyalətinin Rutşuru bölgəsində hücum təşkil etdiyini açıqlanıb. Hücumda 50 mülki vətəndaşın həyatını itirdiyini və çoxunun qaçırıldığını bildirib.
KDR hökuməti Ruandanın Şimali Kivu əyalətinin paytaxtı Qomanı ələ keçirməkdən qorxduğu M23-ü dəstəklədiyini iddia edir. Ruanda iddiaları rədd etsə də, iki ölkə arasında siyasi və diplomatik gərginlik davam edir.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB