Bayden Putinlə görüşmək üçün şərt qoydu

Bayden Putinlə görüşmək üçün şərt qoyub. SİA xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə Fransa prezidenti Makronla görüşən ABŞ prezidenti Bayden diqqətçəkən açıqlamalar verib. Rusiya lideri Putinlə görüşmək üçün yeganə şərti irəli sürən Bayden "Putin müharibəni bitirərsə, onunla danışmağa, görüşməyə hazıram”, - deyib.

ABŞ prezidenti Co Bayden Emmanuel Makronla görüşdən sonra birgə mətbuat konfransı keçirib. Hər iki lider çıxışlarında görüşün əsas gündəm bəndlərindən birinin Rusiya-Ukrayna müharibəsi olduğunu və Ukraynaya yardımları davam etdirəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə