Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. SİA xəbər verir ki, bu barədə Borrel "Twitter" hesabında bildirib.

O qeyd edib ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və Aİ-nin bu istiqamətdə dəstəyi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə