Yoxsulluq bir azca azalıb, amma yüksək olaraq qalır

Bu gün Ermənistanda mumi yoxsulluq səviyyəsi 2021-ci illə müqayisədə bir qədər azalsa da, lakin yüksək olaraq qalmaqdadır.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Ermənistanda 2021-ci ildə ifrat yoxsulluğun səviyyəsi 2020-ci illə müqayisədə 0,7 faizdən 1,5 faizə yüksəlib. Erməni etirafına görə, bunu Respublika Milli Statistika Komitəsinin məlumatları da sübut edir.

Saytın yazdığına görə, bu gün ümumi yoxsulluq səviyyəsi 2021-ci ildəki 47,6 faizdən 45,7 faizə düşüb.

Lap pis gündə yaşayanların faizi İrəvan, digər şəhər və kəndlər arasında qeyri-bərabər paylanıb. Beıə ki, paytaxtda bu 0,2, digər şəhərlərdə 1,7, kəndlərdə isə 2,1 faiz təşkil edir.

Ermənistanda ifrat yoxsulluq həddi ayda 26 500 dram (67 dollar) gəlir, yoxsulluq həddi 57 744 dramdır (146 dollar, bu səviyyədən yuxarı gəlirlə vətəndaş yoxsul hesab edilmir).

Qeyd edək ki, 2022-ci ildə Dünya Bankı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun qiymətləndirilməsi üçün yeni həddlər müəyyən edib. İfrat yoxsulluq həddi gündə 3,20 dollardan 3,65 dollara, orta yoxsulluq həddi isə 5,5 dollardan 6,85 dollara qaldırılacaq.
Ekspert hesablamalarına görə, bu üsulla yoxsulluğun qiymətləndirilməsi zamanı Ermənistanda yoxsulluğun səviyyəsi indiki ilə müqayisədə xeyli yüksək olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə