Rusiyada hər ikinci ticarət mərkəzi bağlana bilər

Deyirəm, bunların yalandan “basıb bağlamalarına” baxmayaraq, hazırda Rusiyada ən azı 200-dən artıq ticarət mərkəzinin iflas ərəfəsində olduğu deyilir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Ticarət Mərkəzləri Şurasının (RSTC) idarəedici direktoru Oleq Voitsexovski deyib.

Onun dediyinə görə, bu gün hər ikinci ticarət mərkəzi təhlükə altındadır.

“Güman edirəm ki, hər bir yerdə ən azı iki rəqabət aparan ticarət mərkəzi var. Gec-tez onlardan biri lider mövqe tutacaq və rəqibin iflasına töhfə verərək”.

Bunu isə “Magic Group”un prezidenti, rus dizaynerləri “Slava” və “Yarmarka” univermaqlarının yaradıcısı Aleksandr Peremyatov bildirib.

Qeyd edək ki, Rusiyanın paytaxt şəhərindən tutmuş əyalət şəhərlərinin əksəriyyətində ticarət mərkəzləri fəal şəkildə satışa çıxarılıb.

“DA” portalının analitikləri bildiriblər ki, ticarət mərkəzlərinin qiyməti 1 milyard rubldan 8,3 milyard rubla qədər dəyişir.

Oleq Voitsexovskinin fikrincə, ticarət mərkəzlərində yaranan problemlərin səbəbləri əsasən uğursuz konseptlər, səmərəsiz idarəetmə və məkanda yaranan yüksək rəqabətlə bağlıdır. ...Həmçinin Rusiya və Ukrayna arasında müharibə fonunda Qərb brendlərinin getməsi ticarət mərkəzlərinə ciddi zərbə vurdu.

İndi Rusiyanın bir çox bölgələrində kiçik ticarət mərkəzlərinin satışı tendensiyası var və şəhərlərin mərkəzi hissələrində onlar çox vaxt sökülmək üçün torpaq sahəsi bahasına alınır.

Bunu isə “Etaji” federal şirkətinin rəhbəri Anton Leskin bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə