Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) məlumat əldə etməsilə ilə Suriya Milli Ordusuna (SMO) bağlı yerli təhlükəsizlik qüvvələri tərəfindən Suriyanın şimalında terror təşkilatı DEAŞ-a aid 5 terrorçu silah və texnikası ilə birlikdə ələ keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, tutulanlardan Əbu Seyf Tadmuri/Əbu Ducane ləqəbli Məhəmməd Xalid Əlinin dırnaqarası “Sülh bulağı” əməliyyatı bölgəsi üzrə məsul şəxsi olduğu və Suriyanın səhra bölgəsində fəaliyyət göstərdiyi müəyyən edilib.

Əbu Ömər Korani ləqəbli Məhəmməd Salihin təşkilatın təlimatı ilə müxtəlif basqınlarda iştirak etdiyi, Əbu İslam Salo ləqəbli Halit Məhəmməd İsa Əl Hulu və Əbu Həsən Şami ləqəbli Əli Hüseyn Əli, Əbu ləqəbli Şadi Əl Setem Əl Əlinin isə "Sülh çeşməsi" əməliyyatı sahəsindəkı partlayıcı maddələrdən məsul olaraq fəaliyyət göstərdiyi öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə