“Onlar, sadəcə olaraq, barbardırlar”

Biz Ukrayna xalqına yaraşmayan sülh danışıqları aparmamalıyıq, əksinə Rusiya məhv edilməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kiyev Təhlükəsizlik Forumunda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Onları, sadəcə, məhv etmək lazımdır ki, bir ölkə olaraq indi mövcud olduqları sərhədlər daxilində mövcud olmağı dayandırsınlar... Onlar sadəcə barbardırlar. Bu barbarlarla bir masa arxasında əyləşib nə isə danışmaq lazım olduğunu deyəndə, mən bunu xalqımıza yaraşmayan hesab edirəm”, - deyə Təhlükəsizlik Şurasının rəhbəri bildirib.

Qeyd edək ki, bundan əvvəl Danilov rəhbəri olduğu təşkilat Kiyevin Qərbin hərbi təchizatının bir hissəsi kimi almaq istədiyi uzaqmənzilli raketləri ölkənin energetikası ilə bağlı problemlərin həlli üçün effektiv üsul adlandırıb. O qeyd edib ki, Ukrayna bununla da generatorlara qənaət edə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə