Rusiya neftinin qiymət limiti 60 dollardan başlayacaq

Rusiyadan gələn neftin qiymət limiti 60 dollar/bareldən başlayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyi rəhbərinin müavini Uolli Adeyemo bildirib.

Onun sözlərinə görə, gələcəkdə qiymət tavanı dəyişdirilə də bilər. O, qiymət səviyyəsinə yenidən baxılmasının “vaxt-zaman” aparılacağını açıqlayıb.

Adeyemo bildirib ki, ABŞ müttəfiqləri ilə birlikdə dekabrın 5-dək enerji resurslarının dəyərini məhdudlaşdırmaq üçün mexanizm işə salmağa vaxt tapacaq.

Bundan əvvəl G7 ölkələrinin maliyyə nazirləri Rusiyadan tədarüklərə qiymət məhdudiyyətləri tətbiq etmək niyyətlərini təsdiqləyiblər. Neft üzrə limitin dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq olunacağı güman edilir.

Bu arada Rusiya prezidenti Vladimir Putin, əgər Rusiya öz maraqlarına zidd olarsa, xaricə heç nə tədarük etməyəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə