Alyaskaya keçən iki rusiyalı ABŞ-dan sığınacaq istəyib

Noyabrın 30-da “Politico” qəzetinin yazdığına görə,

Ötən gün Alyaskada saxlanılan Rusiya vətəndaşları polis əməkdaşları tərəfindən Vaşinqton ştatındakı təcridxanaya yerləşdiriliblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Berinq dənizindəki Müqəddəs Lourens adasında iki Rusiya vətəndaşı saxlanılmışdı. Xarici nəşrlərin yazdığına görə, onlar hazırda Vaşinqtonun Tacoma şəhərindəki həbsxanadadırlar.

Xatırladaq ki, Rusiya vətəndaşları oktyabrın əvvəlində saxlanılıblar. Bundan sonra onlar Alyaskanın ən böyük şəhərinə - Ankoricə aparılıblar. Daha sonra isə onlar Tacomadakı ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Mərkəzinə köçürülüblər.

Qeyd edək ki, bir müddət əvvəl Amerika KİV-ləri məhbusların ABŞ və Alyaska arasında yerləşən Sent Lourens adasına gələrək ABŞ-dan sığınacaq istəyiblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə