Putindən çağırış: “hamı yerli mal alsın!”

Rusiya prezidenti Vladimir Putin ruslara müraciət edərək yerli istehsal olan malları almağa çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Gənc Alimlərin II Konqresinin iştirakçıları ilə görüşdə çıxış edən Rusiya lideri “Mən bunu həmişə deyirəm, bir daha təkrarlayacağam: Rusiya mallarını alın”-deyib.

O, həmçinin elmi alətlər və istehlak materialları istehsalçılarına investisiya vergisi endiriminin genişləndirilməsini təklif edən iclas iştirakçılarından birinin ideyası üzərində işləyəcəyini bildirib.

Xatırladaq ki, Gənc Alimlərin Konqresi 1-3 dekabr 2022-ci il tarixlərində Krasnodar diyarının "Sirius" federal ərazisində keçirilir. Tədbirdə 40-a yaxın ölkədən mütəxəssislər, o cümlədən Rusiya, Belarus, Qazaxıstan, Çin, Hindistan, Misir, Suriya, Myanma, Özbəkistan və digər ölkələrdən tələbə və gənc alimlər iştirak edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə