Ankara Ukraynada danışıqlar yolu ilə həlli real görür

Ukraynadakı münaqişəni diplomatiya yolu ilə həll etmək olar, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı, dekabrın 1-də ATƏT ölkələrinin diplomatik departament rəhbərlərinin görüşündəki çıxışı zamanı bildirib.

Diplomatiyaya şans veriləcəyi təqdirdə sülhün danışıqlar yolu ilə həllnin mümkünlüyünü deyən Çavuşoğlu, Ukrayna üçün ədalətli sülh olmasının vücibliyini də diqqətə çatdırıb.

Türkiyəli nazir qeyd edib ki, Ankara ATƏT-ə fəal dəstəyini davam etdirəcək.

Onun fikrincə, bu qədər əhatəli ikinci platforma yoxdur. Bundan əlavə, Çavuşoğlu Türkiyənin bütün ATƏT üzvləri arasında konsensus əldə etmək təşəbbüslərini dəstəkləyən Polşa nümayəndələrinə təşəkkür edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Avropa ölkələrinin təhlükəsizliyi Moskva və Minsk olmadan qurmağa çalışdıqlarına münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov, Rusiya Federasiyasının belə təhlükəsizliyə ehtiyacı olmadığını bildirmişdi.

Yeri gəlmişkən, Mövlud Çavuşoğlu hazırda ATƏT-in fəaliyyətinin gələcəkdə bu təşkilatla Moskva arasında münasibətlərin necə olacağı sualını gündəmə gətirməyə imkan verəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə