Rusiyada ikinci səfərbərlik dalğası başlaya bilərmi?

Çelyabinskdəki şəkər zavodunda fəhləlik edən belarusiyalı Aleksandr və Özbəkistandan olan 6 fəhləyə çağırış vərəqəsi verilib

Bu arada Rusiyanın Çelyabinsk şəhərində işləyən Belarus vətəndaşına çağırış vərəqəsi verilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Çelyabinskdəki şəkər zavodunda işləyən belarus Aleksandr və Özbəkistandan olan daha 6 fəhləni çağırıb, onlara “sevinməyi” məsləhət görüblər. Niyə, çünki Rusiya onlara “önəm verərək” onlar üçün çağırış vərəqəsi göndərib.

Çağırış vərəqəsində bu şəxslərin Çelyabinsk Sovet və Mərkəzi rayonlarının hərbi komissarlığında olmaları, özləri ilə Rusiya və ya başqa ölkə vətəndaşı pasportu, hərbi bilet və şəxsi əşyaları olmalıdır.

“Biz belə olacağını gözləmirdik, çünki bizim Rusiyada yaşamaq icazəmiz belə yoxdur, mən vətəndaşlıqdan danışmıram. Məni və çağırış vərəqəsi alan digərlərini işdən qovmaqla hədələyirlər”.

Qeyd edək ki, bunu belaruslu Aleksandr deyir.

Xatırladaq ki, sentyabrın 21-də Rusiyada "qismən" səfərbərlik elan edildi və oktyabrın 28-də Rusiya hakimiyyəti onun başa çatdığını elan etdi. Rusiya müdafiə naziri Sergey Şoyqu səfərbərliyin başa çatması ilə bağlı heç vaxt fərman imzalamayan prezident Vladimir Putinə bildirib ki, Ukraynada döyüş bölgəsinə səfərbər olunan 300 min nəfərdən 87 mini “təlim və döyüş koordinasiyasından sonra” göndərilib. Bununla belə, hüquq müdafiəçiləri və hüquqşünaslar səfərbərlik tədbirlərinin davam etdiyinə diqqət çəkirlər.

Maraqlıdır, Rusiyada çoxdan bəri danışılan ikinci səfərbərlik dalğası başlaya bilərmi?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə