Aİ-dən İlon Maska xəbərdarlıq

Aİ-dən İlon Maska xəbərdarlıq

Avropa İttifaqı İlon Maska xəbərdarlıq edib ki, "Twitter" istifadəçiləri nifrət nitqi, dezinformasiya və digər zərərli məzmunlardan qorumaq üçün tədbirləri gücləndirməlidir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa İttifaqı Komissiyasının daxili bazardan məsul üzvü Thierry Breton, gələn il qüvvəyə minəcək Rəqəmsal Xidmətlər Qanunu ilə bağlı "Twitter"-i satın alan Elon Maska xəbərdarlıq edib.

Video zəng edən ikili “Twitter”in qanuna əməl etməyə hazırlığını dəyərləndirib. Breton sosial media platformasının yeni qaydalara əməl etmək üçün səylərini ciddi şəkildə gücləndirməli olacağını bildirib və əlavə edib ki, "qarşıda çox iş var".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə