Rusiyaya uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 10 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini dekabrın 9-dək uzadıb.

SİA “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə