5-ci sinif şagirdi küçədə donub ölmüş halda tapılıb

Rusiyada, Perm diyarının Qubaxa şəhərindən olan 5-ci sinif şagirdi küçədə donub ölmüş halda tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, oğlanın yanında nənəsindən oğurladığı bir şüşə spirtli içki olub.

Məlumata görə, noyabrın 28-də 11 yaşlı uşaq nənəsinin yanına gəlib, sonra isə bir yarım litrlik spirtli içki oğurlayaraq küçəyə çıxıb. Uşaq evə qayıtmasa da, anası kömək üçün polisə müraciət etməyib. Ertəsi gün məktəblinin meyiti istilik magistralının yanında tapılıb. Ölümün səbəbi hipotermiya göstərilib.

Mərhum məktəblinin ailəsində daha bir uşaq var, onun dörd yaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə