ABŞ hakimiyyəti 1,216 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ hakimiyyəti Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemlərinin alınması üçün “Raytheon Missiles and Defense” şirkətilə 1,216 milyard dollarlıq müqavilə imzalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müqaviləyə təkcə hava hücumundan müdafiə sistemləri deyil, həm müvafiq avadanlıq, həm ehtiyat hissələri, həm də Ukrayna ordusu üçün təlim və maddi-texniki dəstək də daxildir.

Qeyd olunub ki, altı “NASAMS” batareyasının alınması Ukraynaya təhlükəsizlik sahəsində yardımın beşinci paketinin bir hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə