Telefonu gecə enerjiyə qoyub yatdıqda NƏ BAŞ VERƏ BİLƏR?

Telefon cihazlarının gecə saatlarında şarjda saxlanılması təhlükəlidir. SİA xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu cür cihazların yanıcı olmayan cisimlərin üzərində şarj edilməsinə diqqət çəkirlər.

Partlayan və ya yanan planşet və telefonlarla bağlı əsas problem, adətən, orijinal olmayan şarj cihazları və ya batareyaların istifadəsidir.

Doldurma adapterlərinin gərginlik mənbələri telefon modellərinə və xüsusiyyətlərinə görə dəyişir. Bunlardan hər hansı birində uyğunsuzluq olarsa, batareya doldurularkən yüksək şəkildə qıza bilər. Həddindən artıq qızan telefon partlaya və ya alovlana bilər. Bu səbəbdən telefon və planşet kimi cihazlarda orijinal materiallardan istifadə edilməsinə diqqət yetirmək və şarj zamanı cihazların istiliyinə nəzarət etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə