İranda kəşfiyyat zabiti öldürüldü

İranın cənub-qərbində yerləşən Sistan-Bəlucistan vilayətində kəşfiyyat zabiti öldürülüb. SİA xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Kəşfiyyat zabiti Əhməd Salehinin Zabul şəhərində “vəzifəsini yerinə yetirərkən” öldürüldüyü bildirilir.

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin öldürülməsindən sonra başlayan etirazlar 3 aya yaxındır davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə