Ukraynanın infrastruktur naziri istefa verdi

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov istefa verib. SİA xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

Deputat Yaroslav Jeleznyak isə bildirib ki, Kubrakovun vəzifədən azad edilməsi onu yeni vəzifəyə - baş nazirin müavini təyin etmək üçün həyata keçirilir.

Həmçinin iddia olunur ki, hakimiyyət İnfrastruktur Nazirliyi və Regional Siyasət Nazirliyini birləşdirməyi planlaşdırır, yeni şöbəyə Kubrakov rəhbərlik edəcək.

Jeleznyakın sözlərinə görə, Kubrakovun baş nazirin müavini təyin edilməsi və iki nazirliyin birləşdirilməsi barədə qərar nazirin istefası üçün səsvermədən dərhal sonra parlamentə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə