Rusiya Ukraynaya bir neçə kütləvi zərbələr endirməyi planlaşdırır

Bu arada Kral Müdafiə Araşdırma İnstitutunun analitiki Maykl Klark, Rusiyanın Ukraynaya bir neçə "kifayət qədər böyük hava hücumu" planlaşdırdığını bildirib.

Klarkın dediyinə görə, son günlər Rusiya aerodromlarında hava aktivliyi artıq sosial şəbəkələrdə yayılır və peyk məlumatları ilə təsdiqlənir.

Həmçinin, analitikin fikrincə, rus qoşunları Xerson vilayətində müdafiə qurub, qışda döyüşlərə hazırlaşırlar.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, hazırda səfərbər olunanlar arasında xeyli itki verərək düşmənin irəli getməyə çalışdığı Baxmut yaxınlığında döyüşlər gedir.

Klarkın ehtimalına görə,bu, cəbhə xəttində rusların minimal irəliləyiş əldə edə biləcəyi yeganə sektordur.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya hazırda Ukraynaya qarşı yeni zərbələr endirməyə hazırlaşır. Noyabrın 28-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiya Federasiyasının təyyarələrinin şimal, cənub və şərqdə yüksək aviasiya fəallığından danışıb.

Hərbi ekspert Oleq Jdanovun fikrincə, Rusiya yəqin ki, Ukraynada növbəti raket buraxılışlarını Xəzər dənizi yaxınlığındakı strateji aviasiya aerodromlarından atacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə